SİYASƏT


Parisdə Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib

Fransanın paytaxtı Parisdəki Zəfər tağı qarşısında 26 İyun - Silahlı Qüvvələri Günü təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə döyüş musiqisi sədaları altında Azərbaycan və Fransanın Dövlət bayraqları əraziyə gətirilib.
"Zəfər tağı altında məşəl, Milli məşəl" təşkilatının generalı Anri dö Rokföy, Azərbaycan səfiri Leyla Abdullayeva, səfirliyin hərbi attaşesi, polkovnik leytenant Cavid Abdullayev və tədbirin fəxri iştirakçılarına buradakı naməlum əsgər və bu il 100 illiyi qeyd edilən əbədi məşəl haqqında məlumat verilib.