Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşkəsənə sel gəlib, bəzi kəndlərə ziyan dəyib

30.06.2023 [21:16]

Xəbərin mətni

Bu gün axşam saat 20:00 radələrində Daşkəsənə yağan intensiv leysan yağışları qısa müddətdə güclü dağıdıcı selə və çaylarda daşqınlara səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Daşkəsən şəhərindən, rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərindən sel keçir, ərazidəki çaylar məcrasından çıxaraq daşıb.