CƏMİYYƏT


Polis əməliyyat keçirdi: 33 kq narkotik aşkarlandı

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinə və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Saxlanılan şəxslərdən 33 kiloqram narkotik vasitə, 2 tapança, 2 avtomat silah, 1 tüfəng,  47 ədəd patron və 3 ədəd patron darağı aşkar edilib.