RƏSMİ


Prezident İlham Əliyev Nepalın xarici işlər nazirini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saudu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Bakının gözəlliyinin onu valeh etdiyini deyən Narayan Prakaş Saud Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini vurğuladı, Azərbaycanın inkişaf etməkdə olan ölkələr üçün nümunə olduğunu dedi. Nepalın xarici işlər naziri ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.