Keçmiş təmas xəttinə yaxın ərazilərdə intensiv meyvə bağları salınıb
06.07.2023 [17:57]
Xəbərin mətni
Tərtər rayonunun keçmiş təmas xəttində yerləşən və 30 il istifadəsiz qalmış Çaylı kəndi ərazisindəki torpaqlar yenidən əkin dövriyyəsinə qatılıb. “Frutti Agro” MMC tərəfindən yaradılan intensiv bağçılıq təsərrüfatında müasir texnologiyalar əsasında məhsuldar meyvə tingləri əkilib, avtomatik suvarma sistemi qurulub.