Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranda mürəkkəb relyefli ərazidə baş verən yanğın söndürülüb

09.07.2023 [11:41]

Xəbərin mətni

Şabran rayonunun Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş ərazilərə yayılmasının qarşısı alınıb.