Dünyada metaloksla işləyən mühərrikli ilk raketin uğurlu buraxılışı olub
12.07.2023 [11:29]
Xəbərin mətni
Çində dünyanın metaloks (metan və maye oksigen qarışığı) yanacağı ilə işləyən mühərrikli ilk raketi uğurla orbitə buraxılıb.
AZƏRTAC xəbər verir ki, “Cuque-2” (“Zhuque-2”) adlı raket Qobi səhrasındakı Ciuçüen kosmodromundan buraxılıb. “LandSpace” adlı özəl şirkətə məxsus raketin diametri 3,35 metr, hündürlüyü 49,5 metr, qalxma çəkisi 219 tondur.