CƏMİYYƏT
Mingəçevir SES-də yanğın-taktiki təlim keçirilib
12.07.2023 [17:00]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir Su Elektrik Stansiyasında “Strateji əhəmiyyət kəsb edən obyektlərdə mümkün yanğın hadisəsinin söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.
Təlimin keçirilməsində əsas məqsəd Mingəçevir Su Elektrik Stansiyasında yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.