Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diplomatlar Ağdama səfər ediblər

13.07.2023 [16:36]

Xəbərin mətni

Xarici İşlər Nazirliyinin rəhbər heyəti və xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizin rəhbərləri işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Səfər çərçivəsində "Ağdamın dirçəlişi" adlı tədbir keçirilib.
Tədbirdən sonra iştirakçılar Ağdam şəhərində aparılan bərpa və quruculuq işləri ilə tanış olublar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI