DÜNYA


Krım körpüsü bağlanıb

İyulun 17-də Kerç boğazı üzərindən keçən Krım körpüsünün Krasnodar diyarı tərəfdən 145-ci dirəyində fövqəladə vəziyyət baş verib. Körpüdə avtomobillərin hərəkəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, 14 yaşlı qız isə orta dərəcəli xəsarətlər alıb.
Hadisənin mümkün səbəbi kimi körpüyə Ukraynaya məxsus pilotsuz suüstü aparatların hücumu göstərilir.