DÜNYA


Çində maraqlı avtomobil sərgisi

Çinin Çançun şəhərində 20-ci beynəlxalq avtomobil sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sərgidə yerli və xarici 125 avtomobil istehsalçısının 151 brendi üzrə 1300-dən çox avtomobili nümayiş olunur. Bunlardan 82-si yeni modellər, 100-dən çoxu isə “yaşıl avtomobil”lərdir. Sərginin ekspozisiya sahəsi 9 bölmədən ibarətdir.