DSX Akademiyasının magistratura pilləsini bitirmiş məzunların növbəti buraxılışı olub
22.07.2023 [16:51]
Xəbərin mətni
İyulun 22-də Dövlət Sərhəd Xidməti Akademiyasının magistratura pilləsini bitirmiş məzunların ikinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət edib, abidə önünə güllər düzüblər.