FHN: Tərtər rayonunda evdə yanğın baş verib
22.07.2023 [17:55]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Tərtər rayonunun N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.