Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN növbəti şərti yanğın təlimi keçirib

24.07.2023 [16:11]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsi 45 ünvanındakı “Əlibəy” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təşkil olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI