Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda dərinliyi 6 metr olan zirzəmiyə yıxılan uşaq xilas edilib

02.08.2023 [22:04]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, X.Məmmədov küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunublar.