Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallı sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb

03.08.2023 [11:11]

Xəbərin mətni

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bədəlan kənd sakini Elməddin Hüseynov saxlanılıb. Onun sərnişin kimi əyləşdiyi “Vaz” markalı avtomobilə keçirilən baxış zamanı E.Hüseynova məxsus ayrı-ayrı bükümlərdə qablaşdırılan ümumilikdə 7 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.