Sumqayıtda şadlıq evi yanır
04.08.2023 [15:20]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon Sumqayıt şəhərində şadlıq evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.