Şərur rayonunun Maxta kəndində baş verən yanğının genişlənməsinin qarşısı alınıb
05.08.2023 [17:03]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Maxta kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus həyətyanı sahədə quru ot, kol-kos və oduncaq tullantılarının yandığı və yanğının yaxınlıqdakı evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.