Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunur
09.08.2023 [16:42]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün bütün imkanlar yaradılıb.
Yüksək döyüş hazırlığı, nizam-intizam və sağlam mənəvi-psixoloji mühitin yaradılması bölmələrin qarşısında qoyulan ilkin tələblərdən biridir.