CƏMİYYƏT


Hərbçimiz Nihad Namazov Qovlar şəhərində torpağa tapşırılıb

Sentyabrın 13-də hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçumuz Nihad Namazovun nəşi bu gün ailəsinə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, şəhid Nihad Namazovla vida mərasimində onun dostları, sinif yoldaşları, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.
Nihad Namazov Tovuz rayonu Qovlar şəhər qəbiritsanlığında torpağa tapşırılıb. Dövlət Himni səsləndirildikdən sonra üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.