Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda üzüm bağlarında xəstəliklər müşahidə edilir

15.09.2023 [19:09]

Xəbərin mətni

Tovuzda üzüm plantasiyalarından məhsul yığımı davam edir. Bu il iqlim şəraitinin qeyri sabit keçməsi məhsuldarlığa müəyyən dərəcədə mənfi təsir göstərib. Havanın yaz boyu və yayın əvvəllərindən yağıntılı keçməsi üzüm bağlarında xəstəliklərin yayılmasına da şərait yaratmış oldu. Eyni zamanda, üzümçülük ilboyu olduqca həssas və mürəkkəb zəhmət tələb edən təsərrüfat sahəsi olduğundan fermerlərin diqqət yetirməli olduğu bir sıra məqamlar da var.