SİYASƏT


Politoloq: ABŞ-ın etdikləri Azərbaycanın suveryinliyinə xələl yetirməkdir

Amerika Birləşmiş Ştatlarının regionda vahid və ali məqsədi ondan ibarətdir ki, Rusiyanı regionda sıxışdırsınlar, Mərkəzi Asiyada, Cənubi Qafqazda və daha geniş coğrafi ərazilərdə Çinin nüfuzunu neytrallaşdırıb, öz nüfuzlarını möhkəmləndirsinlər.
ABŞ-ın ermənilərə və erməni separatçılarına olan dəstəyi məhz elə bu siyasətin reallaşdırılması məqsədini güdür. Amerikanın bəzi siyasi dairələri elə düşünür ki, onlar Qarabağda yaşayan ermənilərə və erməni separatçılara dəstək olmaqla onları Amerikapərəst, Qərbpərəst edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq İlqar Vəlizadə deyib.