CƏMİYYƏT


Tank əleyhinə minaya düşən şəxs danışdı

Ermənilərin Azərbaycana qarşı müharibəyə başladığı dövrdə mən xüsusi təyinatlı polis bölməsinin tərkibinə qatıldım. 1992-ci ilin fevral ayında məlumat aldıq ki, ermənilər Xocalıya hücuma hazırlaşırlar. Ona görə də əvvəlcə Xocalı sakinlərini ərazidən çıxarmağa çalışdıq. Ağdamdan gedərkən Xanabad postunda ermənilərin basdırıldığı tank əleyhinə minaya düşdük.
AZƏRTAC xəbər verir ki, bu sözləri mina qurbanı Qafqaz Əhmədov jurnalistlərə müsahibəsində söyləyib.