Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yol qəzasında həlak olan polis əməkdaşı Şamaxıda dəfn edilib

20.09.2023 [16:57]

Xəbərin mətni

Füzuli rayonu ərazisində ağır yol qəzası nəticəsində həlak olan polis əməkdaşlarından biri - 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlunun nəşi Şamaxının Qaleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Seyfi Abdullayevin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub.