RƏSMİ


Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçılarına raport verdi.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin rəmzi açılışını bildirən lenti kəsdilər.