Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quba alması bağdan neçəyə satılır?

26.09.2023 [18:58]

Xəbərin mətni

Qubanın alma bağlarında sentyabrın ikinci ongünlüyündən kütləvi məhsul yığımı başlayıb. Hazırda alma yığımının qızğın çağıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplanan meyvənin müəyyən hissəsi satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir. Məhsulun böyük hissəsi isə xarici bazarlar üçün nəzərdə tutulub. Quba alması əsasən Rusiya bazarlarına göndərilir.