RƏSMİ


Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Maimuna Mohd Şərifin ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi.
Dövlətimizin başçısı İkinci Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsinin müsbət addım olduğunu dedi, ötən il Ağdam şəhərində birinci forumun uğurla təşkil edildiyini vurğuladı. Azərbaycan Prezidenti Zəngilanda keçiriləcək builki forumun gündəliyinin çox zəngin olduğunu bildirdi, bu tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin arxitektura və şəhərsalma üzrə nazirlərinin toplantısının baş tutacağını qeyd etdi.