RƏSMİ


Prezident İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Alıbəyli kəndinin təməlini qoyub.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Alıbəyli kəndi barədə məlumat verdi.