Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN və Heydər Əliyev Beynəlxalq Aeroportu birgə təlim keçirib

05.10.2023 [11:14]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti və Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən birgə xüsusi təlim keçirilib. Təlim Heydər Əliyev Beynəlxalq Aeroportunda həyata keçirilən təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması, fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.