Azərbaycan bayrağını sona qədər qoruyan qəhrəman işgəncələrlə öldürülüb
07.10.2023 [20:44]
Vitali Balasanyanın əfsanəvi qəhrəman Natiq Qasımova müharibə qanunlarına zidd olaraq ağır və dəhşətli işgəncələr verdiyi barədə bəzi dəlillər ortaya çıxıb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilib.
O, bu şəkli çəkən fotoqrafı, elə düşməni də özünə heyran qoymuşdu. Bu səbəbdəndir italyan fotoqraf Enriko Sarzini məhz Natiqin əlində bayraq olan fotosunu “Oqonyok” jurnalında dərc etdirir. Xocalı hadisələrindən təsirlənərək Ağdama gedən və Qaradağ şahinləri taboruna könüllü yazılan Natiq kilsə döyüşündə öz taborunu təkbaşına təmsil edir. 5 gün ac susuz Xocalı rayonunun Pirlər kəndində yerləşən kilsədə durmadan döyüşür. Ermənilərdə elə təssürat yaranır ki sanki onlar bir tabor əsgərlə döyüşürlər.