DÜNYA


Əfqanıstanda zəlzələdə həlak olanların sayı iki mini ötüb

Oktyabrın 7-də Əfqanıstanın qərbində baş vermiş zəlzələdə həlak olanların sayı 2,4 min nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “TOLO News” kanalı Taliban hökumətinin rəsmisinə istinadla məlumat yayıb.
Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin nümayəndəsi Məhəmməd Canan Saikin sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 2400-ü ötüb, ən azı 2000 nəfər yaralanıb.