RƏSMİ


Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin gündəliyindəki məsələlərin çox geniş olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından keçən dövrün ikitərəfli münasibətlərimizin həqiqətən müttəfiqlik xarakteri daşıdığını nümayiş etdirdiyini dedi və bunun bütün sahələrdə özünü göstərdiyini vurğuladı.