Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Fransa Avropa Şurasında insan haqları və demokratiya ilə bağlı öhdəliklərini yerinə yetirə bilmir

12.10.2023 [10:37]

Xəbərin mətni

Fransa Avropa Şurasının təsisçisi kimi təşkilatın insan haqları, qanunun aliliyi və demokratiya ilə bağlı öhdəliklərini yerinə yetirə bilməyib.
Təqdim olunan hesabata görə, Fransa hüquq-mühafizə orqanlarının silahdan istifadə etməsi kütləvi nümayişlər zamanı ciddi xəsarət və ölümlərə səbəb olub. Əlcəzair-Mərakeş əsilli 17 yaşlı Nahel Merzukun yol polisi əməkdaşı tərəfindən güllələnərək öldürülməsi həddindən artıq güc və irqçiliyin sistemli xarakterinin nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın payız sessiyasında “Fransanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərə riayət etməsi”nə dair dövri hesabatın müzakirəsi zamanı qurumdakı nümayəndə heyətimizin üzvü Kamal Cəfərov çıxışında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI