RƏSMİ


Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istirahət parkında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdilər.