RƏSMİ


Prezident İlham Əliyev Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılıb. Kəndin birinci mərhələsi üçün 18,1 hektar torpaq sahəsi ayrılıb və burada 204 fərdi ev inşa olunacaq. Bu mərhələdə kəndə 204 ailənin - 710 nəfərin köçürülməsi nəzərdə tutulub.