Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Metodiki tövsiyələr” kitabının ingilis dilində nəşrinin təqdimatı olub

17.10.2023 [19:28]

Xəbərin mətni

Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi istiqamətində “Metodiki tövsiyələr”in ingilis dilində nəşrinin təqdimatı olub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AZƏRTAC-a bildiriblər ki, ingilis dilində nəşr olunmuş həmin kitab təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi üçün nəzərdə tutulub.