Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aydın Kərimov: İlkin mərhələdə Şuşaya 400 ailə köçürüləcək

19.10.2023 [14:47]

Xəbərin mətni

“Gələn ilin birinci rübündə əhalinin Şuşaya köçürülməsinə başlanılacaq. Bu, 400-ə yaxın ailəni əhatə edəcək. Bu yaxınlarda genişmiqyaslı yol infrastrukturunun inşası prosesinə başlanılacaq. Şuşada sosial obyektlərin tikintisi prosesi davam etdirilir. Yaxın günlərdə məktəbin açılışı olacaq”. Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.