Kamran Əliyev Çinin Baş prokuroru ilə görüşüb
19.10.2023 [16:32]
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pekində işgüzar səfərdədir.
Oktyabrın 19-da Çin Xalq Respublikasının Baş prokuroru Yinq Yonq ilə ikitərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini səmimi salamlayan Yinq Azərbaycan və Çinin dost dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb. Yinq Yonq ötən ilin sentyabr ayında Səmərqənddə dövlət başçılarının görüşünü xatırladaraq, bu dialoqun ölkələrimizin müxtəlif dövlət qurumları, o cümlədən prokurorluqlarımız arasında əlaqələrin inkişafına yeni təkan verdiyini bildirib. Bu ilin mart ayında isə Baş prokuror vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik məktubuna görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edib.