Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş keçirilib

20.10.2023 [13:44]

Xəbərin mətni

20 Oktyabr - Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Zəngilan Şəhidlər xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zəngilan Şəhəri Günü münasibətilə Zəngilan Konqres Mərkəzinin qarşısında yürüş keçirilib. Yürüşdə Daxili işlər Nazirliyinin, o cümlədən Daxili Qoşunların əməkdaşları, eləcə də Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak edib.