Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkarlanıb
20.10.2023 [13:48]
Xəbərin mətni
Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 19-da keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkarlanıb. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb.