Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astarada sel sularının uçurduğu körpünün yerində yenisi inşa olunur

20.10.2023 [15:09]

Xəbərin mətni

Astara rayonunda bir müddət əvvəl sel suları nəticəsində uçmuş körpünün yerində yenisinin inşasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uçmuş körpünün yerində nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün alternativ yol çəkilib və ona paralel ərazidə isə yeni körpünün bünövrəsinin qurulması istiqamətində işlər davam etdirilir.