CƏMİYYƏT


Sahibsiz it və pişiklər pulsuz qısırlaşdırılır - AKSİYA

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi- Tədqiqat İnstitutu beynəlxalq əməkdaşlıq çərçivəsində bağlanmış müqaviləyə əsasən Almaniya dövlətinin “Tierschutz Entwicklungshilife e.v” təşkilatı ilə Azərbaycanda sahibsiz heyvanların qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması aksiyası keçirir.  Bu aksiyaya Almaniya, Avstriya, Rusiya dövlətlərindən olan 15 veterinar həkim-cərrah və feldşer-assistentləri qatılıb.  Aksiyanın maliyyə xərcləri Bricit Bardo Fondu (Fondation Brigitte Bardot Animal Welfare Foundation) tərəfindən tam ödənilir. Aksiya çərçivəsində 1000-1500 sahibsiz və sahibli heyvanların qısırlaşdırılması planlaşdırılır.