CƏMİYYƏT


Xaçmaz sakininin düzəltdiyi qeyri-adi maşınlar

Xaçmaz sakini Cəbrayıl Paşayev təsərrüfatda istifadə olunan qeyri-adi maşınlar düzəldir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Mollabürhanlı kəndində yaşayan 38 yaşlı Cəbrayıl bu günə kimi sifariş əsasında 20-dən çox belə texnika hazırlayıb.
O, quraşdırdığı maşınlarda mühərrik əvəzinə elektrik generatoru və ya su nasosundan istifadə edir. Sürətlər qutusu, yaylar, əyləc sistemi, təkərlər və bir çox başqa detallar “Jiquli” markalı avtomobilin hissələridir.