Gəncədə avtobus aşdı: yaralananlar var
23.10.2023 [17:32]
Xəbərin mətni
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Xan bağı parkının yaxınlığında qeydə alınıb. Sərnişin avtobusu dərəyə yuvarlanıb. Hadisə nəticəsində xəsarət alan 1972-ci il təvəllüdlü Səbinə Həsənova, 2006-cı il təvəllüdlü Gülçin Alıyeva, 1988-cil təvəllüdlü Gülay Verdiyeva, 1985-ci il təvəllüdlü Emin Hüseynov, 1988-ci il təvəllüdlü Elnarə Ələkbərova və 2007-ci il təvəllüdlü Gülay Hüseynova xəstəxanalara yerləşdiriliblər.