CƏMİYYƏT


Çinin Sian şəhərində keçirilən “İpək yolu beynəlxalq kommunikasiya forumu”nda Azərbaycan təmsil olunur

Çinin Şansi vilayətinin paytaxtı Sian şəhərində “İpək yolu beynəlxalq kommunikasiya forumu” keçirilir.
AZƏRTAC xəbər verir ki, Çinin rəsmi xəbər agentliyi olan Sinxua və Şansi vilayəti hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumda müxtəlif ölkələrdən rəsmi şəxslər, diplomatlar, media qurumlarının rəhbər şəxsləri, habelə iş adamları, beyin mərkəzlərinin nümayəndələri, elm adamları iştirak edirlər.