CƏMİYYƏT


Bakıda ödəniş terminallarından oğurluq edənlər saxlanılıblar

Bakı şəhəri və Abşeron rayonunda marketlərdə quraşdırılan ödəniş terminallarından oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan içərisində 10 min 362 manat olan ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Namiq Alxanov və həmyaşıdı Miri Fətiyev saxlanılıblar.