CƏMİYYƏT


Gəncədə küçəyə atılan bacı-qardaşın aqibəti necə olacaq?

Gəncədə azyaşlı bacı və qardaşı küçəyə atan nənə özünə belə haqq qazandırır. Bildirir ki, uşaqlara artıq baxa bilmir. Ona görə, 2 yaşlı Miryusif Cəlilovu və onun 4 aylıq bacısı Mələk Cəlilovanı Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyaraq ərazini tərk edib.
Azyaşlı bacı və qardaşın küçəyə atılması məsələsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tam nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Bildirilib ki, Mələk Cəlilova Bakıda yerləşən körpələr evinə, Miryusif Cəlilov isə Gəncə uşaq evinə yerləşdiriləcək.