Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirilir

26.10.2023 [15:52]

Xəbərin mətni

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu işə başlayıb. Forum Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə və Geoloji Kəşfiyyat agentliklərinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin, Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsinin tərəfdaşlığı ilə təşkil olunub.