Azərbaycan Dövlət İnformasiya Agentliyi

“REPORT” İnformasiya Agentliyinin yaradılmasından 9 il ötür

27.10.2023 [18:30]

Xəbərin mətni

Agentlik 2014-cü ildə yaradılıb. Hazırda Global Media Holdingin tərkibində olan Report yarandığı gündən bugünədək ölkəmizdəki bir çox peşəkar jurnalisti öz sıralarına qatmağı bacarıb. Artıq 9 ildir fəaliyyət göstərən Report informasiya agentliyi hər gün 3 dildə, 500-dən çox xəbər yayır. Agentliyin Azərbaycanın hər regionunda, həmçinin 6 xarici ölkədə də müxbir postları var.