Polis Akademiyasında Zəfər tarixinə həsr olunan konfrans keçirilib
28.10.2023 [12:48]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Zəfər tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Ulu Öndərin 100 illik yubileyi və Zəfər Gününə həsr olunub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda Milli Məclisin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Vəkillər Kollegiyasının, eləcə də bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri və kursantlar iştirak ediblər. Bir çox ölkədaxili qurumların 150-dən çox əməkdaşı da onlayn formatda konfransa qatılıb.